Soydaşlarımız Qutenberq marafonunda güclərini sınayıblar - FOTO

Soydaşlarımız Qutenberq marafonunda güclərini sınayıblar - FOTO

11 May 2015 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada yaşayan həmyerlilərimiz Sarvan Rizvanov (42 km. 195 metr tam marafon) və Aqil Abulov (21 km. yarım marafon) Mainz şəhərində keçirilən 16-cı Qutenberq marafonunda güclərini sınayıblar.

Mainz-Azərbaycan Cəmiyyətindən Mediainfo.az-a bildirilir ki, idmançılarımız üzərində "Odlar Yurdu Azərbaycan" şüarı yazılmış köynəklərdə marafonda iştirak ediblər. oydaşlarımız finiş xəttinə əllərində Azərbaycan bayraqları ilə daxil olublar. İdmançılarımız adından Sarvan Rizvanov üçüncü dövlət kanalı olan SWR-ə canlı müsahibə verib:

"Vətəndən uzaqlarda gözəl Azərbaycanımızı təbliğ və təmsil etməkdən qürur duyuruq. Digər həmyerlilərimizi də bu işlərdə fəal olmağa çağırıram".

Qeyd edək ki, Mainz şəhərində keçirilən 16-cı Qutenberq marafonu 2000-ci ildən keçirilir. Builki marafonda 10 min idmançı iştirak edib. Yarışda birinci yerləri kişilər və qadınlar arasında efiopialılar tutublar. Kişilər arasında Tola Bane Edea, qadınlar arasında isə Tizita Terecha Dida. Qeyd edək ki, adı çəkilən soydaşlarimiz ötən ilin noyabr ayında Mainz şəhərində keçirilən seçkilərdə Bələdiyyəsi yanınında fəaliyyət göstərən Yabançılar Məclisinə üzv seçiliblər.

Mediainfo.az