Ağstafada 14 otaqdan ibarət evdə yanğın olub
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 350 kv.m olan birmərtəbəli 14 otaq və aynabənddən ibarət evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 70 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
O.M.
Digər xəbərlər