Çində daşqınlar 39 nəfərin ölümünə, 9 nəfərin itkin düşməsinə səbəb olub

Çində daşqınlar 39 nəfərin ölümünə, 9 nəfərin itkin düşməsinə səbəb olub

14:02
Bəyəndim (0) Bəyənmədim (0)


Çinin cənubundakı daşqınlar 39 nəfərin ölümünə səbəb olub. Oxuməni.az-ın Sinhua dövlət xəbər agentliyinə istinadən verdiyi məlumata görə, daha doqquz sakin itkin düşüb.

Quansi-Çjuan Muxtar Bölgəsində daşqınlar güclü yağışlarla başlayıb. Vəziyyət Hengzhou qraflığındakı Liulan Su Anbarında bəndin partlamasından sonra daha da pisləşib.

Maysak tayfunu 4 iyulda Çinin cənubuna zərbə vurub. Yağışlar Quansi-Çjuan Muxtar Bölgəsindəki 59 çayda suyun səviyyəsinin qalxmasına səbəb olub. Muxtar bölgənin hakimiyyəti daşqın xəbərdarlığını qırmızı, ən yüksək səviyyəyə qaldırıb. Təxminən 130.000 insan təxliyə edilib. Bir neçə su anbarındakı bəndlər zədələnib. Çin Mərkəzi Televiziyası 375.000 insanın təbii fəlakətdən böyük zərər çəkdiyini, yurd-yuvalarından didərgin düşdüyünün bildirib.

Əziz MUSTAFA