Valideynlər peyvənd barədə SMS-lə xəbər biləcəklər

Valideynlər peyvənd barədə SMS-lə xəbər biləcəklər

12 Fevral 2013 10:31
Bəyəndim (0) Bəyənmədim (0)
Sizə uşağın növbəti peyvəndinin adı və tarixi barədə məlumat veriləcək

Azərbaycan Səhiyyə Nazirliyi İmmunlaşdırma təqvimi haqqında vətəndaşlara məlumatın çatdırılması elektron xidmətinin tətbiqinə başlayıb. Bu barədə SN-in Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə deyib. Onun sözlərinə görə, hazırda xidmət sınaqdan keçirilir. Xidmətdən bütün mobil operator istifadəçiləri faydalana bilərlər. Bunun üçün onlar istənilən operatordan "peyvənd" sözünü və uşağın elektron sağlamlıq kartının unikal kodunu yazaraq 9103-ə mesaj göndərməlidirlər. Bundan sonra onlara uşağın növbəti peyvəndinin adı və tarixi barədə məlumat veriləcək. Elektron sağlamlıq kartlarının verilməsi ölkə üzrə tətbiq edildiyi üçün bu xidmət də ölkə üzrə həyata keçiriləcək. Mərkəz direktoru İmmunlaşdırma təqvimi haqqında vətəndaşlara məlumatın çatdırılması xidmətinin Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş elektron xidmətlərdən biri olduğunu deyib.

O.M.