“TRT Xəbər” kanalının çəkiliş qrupu Azərbaycana gəlir
"TRT Xəbər" kanalının ən çox seyr edilən proqramlarından olan "Ufuk Cizgisi" proqramının çəkiliş qrupu Azərbaycana gəlir.
"TRT"nin Bakı Təmsilçisi Yüksəl Dəgərcanın verdiyi məlumata görə, "TRT"nin ən təcrübəli proqram rejissorlarından biri olan Halik Koç və çəkiliş qrupu 14-21 mart tarixləri arasında Bakıya gələcəklər. Keçən həftə "TRT Xəbər" kanalında Xocalı qətliamını və Qafqazlardaki gərginliyi ekranlara gətirən Haluk Koç Azərbaycan haqqında proqramlar hazırlayacaq. Ermənilər tərəfindən qəddarlıqla öldürülən Azərbaycan Türklərinin Qubadakı kütləvi məzarlığında, cəbhə xəttində, eləcə də 31 Mart soyqırımı haqqında proqramlar hazırlamaq planlaşdırılır. Proqramlarda Azərbaycan iqtisadiyyatının inkişafı, Xəzər neft və qaz sektorundakı Türkiyə-Azərbaycan işbirliyi, eləcə də Qarabağ problemi və qondarma erməni iddiaları da işıqlandırılacaqdır. Halik Koçun rəhbərliyi altında ərsəyə gələn proqram 20 martda Bakıdan canlı yayımlanacaq. Proqrama Azərbaycandan qonaqlar dəvət ediləcək. "TRT Xəbər" kanalında Azərbaycandan silsilə proqramlar ekranlara gələcək.
O.M.












































































.jpg)
.jpg)
.jpg)














