33 yaşlı qadın dəm qazından boğularaq ölüb

33 yaşlı qadın dəm qazından boğularaq ölüb

7 Mart 2013 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Samux rayonunda 33 yaşlı qadın dəm qazından boğulub. Rayon Polis İdarəsindən verilən məlumata görə, Nəbiağalı qəsəbə sakini, 1980-ci il təvəllüdlü Fatimə Verdiyeva yaşadığı mənzildə dəm qazından zəhərlənib. Qadın ağır vəziyyətdə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib. Faktla bağlı ekspertiza təyin olunub, araşdırma aparılır.

O.M.