Qəddafi qoşunlarında üsyan baş qaldırıb
Bu gecə Qəddafinin nəzarətində olan Tripoli şəhərində və onun ətrafındakı bölgələrdə dövlət gücləri arasında qiyam baş qaldırıb. Reutersin yerli Brnieq qəzetinə istinadən yaydığı xəbərdə bildirilir ki, bir neçə min hərbçi və polis müxalifət düşərgəsinə keçməyə, eyni zamanda paytaxta yürüş etməyə hazırlaşır. Məlumatda onların üsyançılara gizli yollarla silah ötürdükləri də bildirilir. Qəddafi qüvvələri hələlik bu xəbəri nə inkar, nə də təsdiq edir. Hətta Reutersin müxbiri də yerli qəzetin məlumatını təsdiq etməkdə çətinlik çəkir. Belə ki, gecə saatlarında Tripolidə atışma səsləri eşidilməyib. Analitiklərin fikrincə, üsyançıların son günlər Misrata şəhərində qazandıqları uğur, yəni şəhəri mühasirədə saxlayan dövlət qoşunlarını 15 km geri ata bilmələri bu fikri qismən təsdiqləyir.
Agence France-Presse isə bildirir ki, bu gecə NATO qüvvələri növbəti dəfə Liviyanı havadan atəşə tutublar.
Bulanıq suda balıq tutmaq çox asandır. NATO suyu liviyalıların qanı ilə bulandırır. Əsasən dövlət qoşunlarını vursa da, hərdən üsyançılara da "sığal" çəkir...
Natiq Qocaman
O.M.