Paytaxtın mərkəzindəki avtomobil dayanacağında qiymətlər endirildi
Bakının mərkəzində, Füzuli və Mirzəağa Əliyev küçələrinin kəsişməsində, Qış bulvarının altında yerləşən ikimərtəbəli avtomobil dayanacağında parkinqə görə aylıq abonement qiymətləri azaldılıb. Oxumeni.az xəbər verir ki, əvvəllər aylıq abonement haqqı 100 manat təşkil edirdisə, indi maşını bir ay həmin dayanacaqda saxlamaq üçün 60 manat ödəmək lazımdır. Bundan başqa, vaxt aralıqları üçün tariflər aşağıdakı kimidir: 0-1 saat – 50 qəpik, 1-2 saat – 1 manat, 2-4 saat – 2 manat, 4-10 saat – 3 manat, 10-12 saat – 4 manat, 12-16 saat – 5 manat, 16-24 saat – 6 manat.
O.M.
Digər xəbərlər