"Niva" ilə "Subaru" toqquşdu: sərnişin diri-diri yandı
Sumqayıt şəhərində vətəndaşa məxsus "Niva" markalı minik avtomobilinin digər vətəndaşa məxsus "Subaru" markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğın baş verib.
Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə "Niva"nın sürücüsü müxtəlif bədən və yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hadisə zamanı "Niva"da olan sərnişin 1958-ci il təvəllüdlü Novruzov Yaşar Novruz oğlunun meyiti aşkar olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
O.M.
Digər xəbərlər