Zakir Həsənov Mərkəzi Hərbi Klinik Hospitalda olub

Zakir Həsənov Mərkəzi Hərbi Klinik Hospitalda olub

3 Mart 2014 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

Nazir hərbiçilərin sağlamlıq vəziyyəti ilə maraqlanıb

Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına baş çəkib. Hərbi Hospitaldan ANS-ə verilən məlumata görə, görüşdə nazirlə bərabər Hərbi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev də iştirak edib.
Hospitaldan bildiriblər ki, Z. Həsənov xəstələrlə görüşüb və onların sağlamlıq vəziyyətləri ilə bağlı məlumat əldə edib. Görüşün sonunda Z. Həsənov hərbçilərin müalicə və müayinəsi ilə bağlı göstərişlər verib.
Xatırladaq ki, bir müddət bundan öncə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Müdafiə naziri fəal döyüş əməliyyatları zamanı yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan, müasir tibbi avadanlıqla təchiz edilmiş mobil səhra cərrahiyyə hospitalı ilə tanış olub.