Bill Klinton əxlaqsız qadınlala...
ABŞ-ın sabiq prezidenti Bill Klintonun çəkildiyi foto ölkə mediasında və sosial şəbəkələrdə geniş müzakirə olunur. Milli.Az AHT-yə istinadən bildirir ki, Los-Anceles şəhərində xeyriyyə təşkilatlarından biri üçün təşkil edilmiş ziyafətə Bill Klinton da dəvət almışdı.
Ziyafətdə o, tanımadığı iki qadının arasında duraraq foto çəkdirib. İndi bəlli olur ki, həmin qadınlar Nevada ştatındakı fahişəxanalardan birində çalışan, "Barbie Girl" və "Ava Adora" ləqəbli əxlaqsız qadınlardır.
Nevadadakı Moundhaus şəhərindəki fahişəxanalardan birinin sahibi Bennis Hof onun dəvəti ilə ziyafətə qatılmış qadınlarla bağlı deyib: "Bill Klinton təbii ki, bu qadınları tanımırdı. Qadınlar ona pərəstiş etdiklərini, birlikdə foto çəkdirmək istədiklərini dedilər, Klinton da razılaşdı".