17 yaşlı gənci ilan sancıb

17 yaşlı gənci ilan sancıb

15 Avqust 2014 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuzda ilan sancması hadisəsi baş verib. Tovuz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə rayonun Aran Yanıqlı kəndində qeydə alınıb.

Kənd sakini 17 yaşlı Sahil Abbasov yonca sulayarkən ilan onu sol ayağından sancıb. S. Abbasov dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini kafi qiymətləndirir.

Mediainfo.az