
15 yaşlı girov ailəsinə təhvil verildi
Cavid Məmmədov rəsi müavininin oğlu imiş
Erməni girovluğundan azad olunan Cavid Məmmədov ailəsinə təhvil verilib.
"Qafqazinfo" xəbər verir ki, sentyabrın 11-də girovluqdan azad olunan C. Məmmədov aidiyyatlı dövlət qurumları tərəfindən prosedura uyğun olaraq yoxlanılıb və tibbi müayinədən keçirilib. O, bu gün valideynlərinə təhvil verilib.
Xatırladaq ki, 15 yaşlı II qrup əlil Cavid Məmmədov Tərtər Rayon Yol Polisi Bölməsi rəisi müavininin oğludur və o təmas xəttini sentyabrın 5-də keçən zaman erməni hərbçiləri tərəfindən girov götürülüb.
Mediainfo.az
Digər xəbərlər