![Göyçayda yaşayış evi yanıb](http://oxumeni.az/media/news/2014/10/photo_32192.jpg)
Göyçayda yaşayış evi yanıb
Göyçay rayonunda yaşayış evi yanıb. Apa-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:30 radələrində rayonun Yekəxana kəndində qeydə alınıb.
Kənd sakini, 1951-ci il təvəllüdlü Bəsti Cəbrayılovaya məxsus, ümumi sahəsi 80 kvadratmetr olan 3 otaqlı ev və içəridəki məişət əşyaları tamamilə yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı tövlə və yardımçı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər