Səfirliyimiz Kanada xalqına başsağlığı verib
Azərbaycanın Ottavadakı səfirliyi Kanada Silahlı Qüvvələrinə, Kanada hökuməti və xalqına iki əsgərin itkisinə görə başsağlığı verib.
Bu barədə səfirlik öz rəsmi Facebook səhifəsində məlumat yayıb.
"Bizim bütün dualarımız həlak olmuş və yaralanmış əsgərlərin ailələri ilədir" - deyə başsağlığında bildirilir.
Xatırladaq ki, dünən Kanadanın paytaxtı Ottavada silahlı şəxs parlament binasının yaxınındakı Milli Döyüş Abidəsində keşik çәkәn әsgәri vurduqdan sonra parlament binasına daxil olaraq ətrafa atəş açıb, nəticədə iki əsgər həyatını itirib. Hadisə zamanı parlamentdə olan Kanada baş naziri Stephen Harper isə binadan salamat çıxarılıb.
Atəş açan şəxs polis tərəfindən öldürülüb.
Mediainfo.az
Digər xəbərlər