İtkin düşən balıqçıların axtarışlarına FHN-in Aviasiya dəstəsi cəlb edilib

İtkin düşən balıqçıların axtarışlarına FHN-in Aviasiya dəstəsi cəlb edilib

28 Oktyabr 2014 18:27
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzərin Azərbaycan sektorunda itkin düşən balıqçıları tapmaq hələlik mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxmış və itkin düşdüyü ehtimal olunan 3 nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

Axtarışlar barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, oktyabrın 22-də Bakı şəhər sakini Şamil Yolçuyev, Xaçmaz rayon sakinləri Yusif Mahmudov və Elman Qayıbxanov qayıqda Nardaran qəsəbəsindən Xəzər dənizinə çıxıblar və geri qayıtmayıblar.

Mediainfo.az