İran vətəndaşlarına hökm oxunub

İran vətəndaşlarına hökm oxunub

6 Fevral 2015 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İran vətəndaşları Daniyal Mirjoç və Safa Sofarinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Apa-nın məlumatına görə, prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxslər quldurluqda şübhəli bilinərək Bakı şəhər Baş Polis idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Mediainfo.az