Qadın avtobusdan yıxılaraq ölüb

Qadın avtobusdan yıxılaraq ölüb

3 Avqust 2015 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda sərnişin avtobusunda faciəli hadisə baş verib. Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, Yasamal rayonu ərazisində Yevlax rayon sakini Taleh Məmmədovun idarə etdiyi "İsuzu" markalı avtobusunun qapısı açıq olduğundan sərnişini Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb.

Xəstəxanaya yerləşdirilən X.Sadıxova aldığı xəsarətdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az