Gəncədə anadan olan erməni politoloq öldü

Gəncədə anadan olan erməni politoloq öldü

12 Avqust 2015 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkə.Az xəbər verir ki, tanınmış erməni politoloq, jurnalist, "Voskanapat" analitik mərkəzinin təsisçisi və rəhbəri Levon Melik-Şahnazaryan ağır və davamlı xəstəlikdən sonra 68 yaşında dünyasını dəyişib.

O, 1958-ci ildə Gəncə şəhərində anadan olub, Daşkənddə Rus dili ədəbiyyat institutunda təhsil alıb. 1988-ci ildə Dağlıq Qarabağa köçüb və 1991-ci ildə qondarma Dağlıq Qarabağ respublikasına deputat seçilib. Şahnazaryan Azərbaycan əleyhinə zaman-zaman uydurma analitik yazılar və xəbər materialları ilə mətbuatda çıxış edib.

Son illər isə Şahnazaryan İrəvanda universitetdə politologiyadan dərs deyib və analitik fəaliyyətlə məşğul olub. 500-ə qədər analitik yazıların müəllifidir.

Mediainfo.az