Rusiya vətəndaşı Qusarda qəza törətdi

Rusiya vətəndaşı Qusarda qəza törətdi

17 Avqust 2015 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Qusar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. DİN saytı xəbər verir ki, hadisə avqustun 16-da rayonun Samur qəsəbəsində qeydə alınıb.

Rusiya Federasiyası vətəndaşı Xadik Osmanovun idarə etdiyi "Toyota" markalı avtomobillə rayon sakini Əzim Əzimovun idarə etdiyi "T-25" markalı traktor toqquşub. Baş vermiş yanğın nəticəsində avtomobilin və traktorun yanar konstruksiyaları yanıb.

Ə.Əzimov xəstəxanaya yerləşdirilib və orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.

Mediainfo.az