Velosipedçini maşın vurdu
Masallı rayonunun Ərkivan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi saytı xəbər verir ki, avqustun 20-də saat 12 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakini Rüfət Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu velosipeddə keçən şəhər sakini Həyat Məmmədovu vurub. Nəticədə H.Məmmədov xəstəxanaya yerləşdirilib və orada ölüb.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər