Sel Hindistanda ciddi problem yaradıb
Hindistanda güclü daşqın baş verib. Aramsız yağışların yağması nəticəsində Brahmaputra çayı öz məcrasından çıxıb. 320 kənd su altında qalıb. Məşhur "Kaziranqa" qoruğunun bir hissəsini və 16 min hektar əkin sahəsini su basıb.
Minlərlə insan evsiz-eşiksiz qalıb. Onlar 260-dan çox müvəqqəti sığınacaqda yerləşdirilib. Daşqın bölgədə dəmiryol nəqliyyatının hərəkətini də iflic edib.
Aramsız yağışlar Hindistana problem yağışı yağdırıb.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər