Tunisdə sabiq prezidentin ailə üzvlərinin məhkəməsi başlayıb
Tunisin sabiq prezidenti Zeynəl Abidin bin-Alinin ailəsinin 22 üzvünün məhkəməsi başlayıb. Məhkəmə qarşısında prezident qohumlarının hamısı korrupsiya və vəzifə səlahiyyətindən sui-istifadə faktları üzr ittiham olunurlar. Mətbuatda bu proses yerli beynəlxalq hava limanının adına uyğun olaraq "Tunis-Kartaj" adlandırılır. Mühakimə olunanların əksəriyyəti prezident devrildikdən sonra ölkədən qaçmaq istəyərkən bu hava limanında saxlanıblar. Xatırladaq ki, sabiq prezident və xanımı hazırda Səudiyyə Ərəbistanındadır. Tunis məhkəməsi ben-Ali və xanımı Leyla Trabelsini dövlət vəsaitinin mənimsənilməsində ittiham edərək ayır-ayrılıqda 35 il müddətinə azadlıqdan məhrum edib.
Şah qanun deyil, qanun şahdır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər