Ucar sakininin evi külə dönüb

Ucar sakininin evi külə dönüb

10 Dekabr 2015 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Ucar rayonunun Ciyni kəndində yanğın qeydə alınıb. Belə ki, kənd sakini Şirinov Vüsal Qardaşxan oğluna məxsus birotaqlı evdə yanğın baş verib. Hadisə yerinə Ucar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 20 kvadratmetr olan ev əşyaları ilə birlikdə yanaraq kül olub. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı evdə heç kim olmadığından ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az