Evdən silah və qadağan olunmuş dini ədəbiyyat götürülüb

Evdən silah və qadağan olunmuş dini ədəbiyyat götürülüb

11 Dekabr 2015 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki sakinin evindən silah və qadağan olunmuş dini ədəbiyyat götürülüb.

DİN saytının verdiyi məlumata görə, Şəki şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Kiçik Dəhnə kənd sakini Əzizbala Nəzirovun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olmayan, nömrəsi silinmiş, lüləsi kəsilmiş ov tüfəngi, 4 ədəd patron, 36 ədəd yayılması və təbliği qadağan olunmuş dini ədəbiyyat, 26 ədəd CD disklər aşkar edilərək götürülüb.

Ə.Nəzirov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Mediainfo.az