"Şirvan" hotelinin baş mühasibinin intihar səbəbləri araşdırılır - foto

"Şirvan" hotelinin baş mühasibinin intihar səbəbləri araşdırılır - foto

12 Dekabr 2015 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Şamaxı şəhərindəki "Şirvan" hotelində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb.

Özünü 12 mərtəbəli mehmanxananın 10-cu mərtəbəsindən atan hotelin 27 yaşlı mühasibi Orxan Alıcanovun yeni evləndiyi məlum olub.

İş yoldaşları bildiriblər ki, O.Alıcanov 3 ay əvvəl ailə həyatı qurubmuş.

İntiharın necə baş verməsinə gəlincə, O.Alıcanovun xidməti iş otağı hotel binasının birinci mərtəbəsində yerləşib. Dünən günorta saatlarında binanın 10-u mərtəbəsindəki yeməkxanaya gələn mühasib hələlik dəqiqləşməmiş səbəblərdən özünü pəncərədən atıb.

Onun konkret hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.

Qeyd edək ki, özünü 10-cu mərtəbədən atan O.Alıcanov hadisə yerindəcə vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.(lent.az)

Mediainfo.az