Zaqatalada dini təriqətçilər yaxalandı

Zaqatalada dini təriqətçilər yaxalandı

22 Dekabr 2015 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala rayonunda qadağan olunmuş dini təriqətlərdən birini təbliği ilə bağlı əyani vəsaitlər aşkar edilib.

Dekabrın 21-də Zaqatala rayonun Mamrux kəndində yaşayan Məhəmmədrəsul Canayevin evində, oğlu İslamın və Ağdaş rayon sakini Cabir İsmayılovun qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etmələri rayon polis şöbəsi əməkdaşları tərəfindən müəyyən edilib.

Evə baxış zamanı 4 ədəd dini kitab, 25 ədəd broşüra və 11 ədəd audio kasset aşkar edilərək götürülüb.

Mediainfo.az