Miqrantları daşıyan daha bir qayıq batdı

Miqrantları daşıyan daha bir qayıq batdı

22 Dekabr 2015 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

Egey dənizində daha bir qaçqın faciəsi yaşanıb.

Türkiyə mətbuatı xəbər verir ki, Aydın şəhərinin Quşadası sahilləri yaxınlığında batan qayıqda Yunanıstana keçmək istəyən 11 nəfər qaçqın həyatını itirib.

İlkin məlumatlara görə, 7 nəfərin həyatını xilas etmək mümkün olub. Xilasetmə komandası helikopterlər vasitəsi ilə dənizdə axtarışlara davam etdirir.

Mediainfo.az