Hüquq müdafiəçiləri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər

Hüquq müdafiəçiləri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər

23 Dekabr 2015 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Dağlıq Qarabağdakı "Helsinki Təşəbbüsü-92" adlı qurumun koordinatoru Karen Oqancanyan və icraçı direktoru Svetlana Canqiryan Şuşa şəhərində həbsdə saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

Apa-nın "news.am"a istinadən verdi məlumata görə, baş çəkmədə məqsəd onların saxlanma şəraiti və sağlamlıq vəziyyəti ilə tanışlıq olub.

Təşkilatdan məhkumların kamerada saxlanılma vəziyyəti, sanitar-gigiyenik şərait, gündəlik gəzinti, qidalanma, tibbi xidmət, və informasiya vəsaitləri və ədəbiyyatla təmin olunması barədə məlumatların toplandığı qeyd olunub. Hər iki hüquq müdafiəçisi azərbaycanlı məhkumların saxlama şəraiti və sağlıq durumlarından razı olduqlarını bildiriblər.

Mediainfo.az