Bakıda ölümlə nəticələnən qəza

Bakıda ölümlə nəticələnən qəza

27 Aprel 2016 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Şirvan şəhər sakini Asəf Əzizov idarə etdiyi "QAZ-24" markalı avtomobillə yolun kənarında dayanmış Hacıqabul rayon sakini Rais Nəzərova məxsus "VAZ-21154" markalı avtomobili və bu zaman avtomobildən düşən sərnişin Mahir Quliyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş Mahir Quliyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az