Ölkəyə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısı alınıb

Ölkəyə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısı alınıb

11 Oktyabr 2016 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində oktyabrın 10-da sərhəd buraxılış məntəqəsindən Gürcüstan-Azərbaycan istiqamətində hərəkət edən Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Məmmədov Azər Tofiq oğlunun idarə etdiyi "Ford Tranzit" markalı, 90-OT-790 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində olan şassi nömrəsi ilə dövlət qeydiyyat nişanının eynilik təşkil etmədiyi aşkarlanıb.

DSX-nın mətbuat mərkəzindən Apa-ya verilən məlumata görə, sərhədçilər ölkə ərazisinə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısı alıblar.

Hazırda əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Mediainfo.az