Media rəhbərləri Naxçıvana səfər ediblər-  FOTO

Media rəhbərləri Naxçıvana səfər ediblər- FOTO

14 Oktyabr 2016 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə KİV rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb.

İkigünlük səfər çərçivəsində Bakıdan gedən 20 nəfərlik nümayəndə heyətinin Naxçıvan Mətbuat Şurası və digər media orqanları ilə görüşü, birgə tədbirin keçirilməsi, Naxçıvandakı mədəni-tarixi abidələrin ziyarəti nəzərdə tutulub.
Nümayəndə heyəti Naxçıvanda medianın vəziyyəti ilə maraqlanacaq, iş prinsipi ilə tanış olacaq.

Nümayəndə Heyətinin tərkibinə KİVDF icraçı direktoru Vüqar Səfərov, Mətbuat Şurasının üzvü, millət vəkili Aqil Abbas, "Oxu Məni" qəzetinin təsisçisi və baş redaktoru Emin Axundov, "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı, Trend İnformasiya Agentliyinin baş redaktoru Arzu Nağıyev, "Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Mövqe" qəzetinin baş redaktoru Rasim Bayramov, "Respublika" qəzetinin baş redaktor müavini Hümbət Musayev, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, KİVDF-in əməkdaşı Samir Mustafayev, "Mövqe" qəzetinin əməkdaşı Zülfiyə Quliyeva daxildir.

Mediainfo.az