Avtobusda sərnişindaşımaya görə yeni cərimə tətbiq ediləcək

Avtobusda sərnişindaşımaya görə yeni cərimə tətbiq ediləcək

14 Oktyabr 2016 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə cərimə ediləcək.

Bununla bağlı Milli Məclisin bu gün plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat cərimə ediləcək.

Bundan başqa, müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına 20 manat cərimə tətbiq ediləcək.

Layihə səsə qoyularaq qəbul edilib.

Mediainfo.az