Sakinlər gecə klubunu bağlatdırdılar - BAKIDA

Sakinlər gecə klubunu bağlatdırdılar - BAKIDA

25 Oktyabr 2016 08:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının mərkəzində yerləşən gecə klubu "Infiniti" bağlanıb.

Gecə klubunun bağlanmasına səbəb Vidadi və Mərdanov qardaşları küçələrinin kəsişməsində yerləşən binalarda yaşayanların şikayəti olub.

Sakinlərin şikayətinə əsasən, klubda gecə yarısına qədər spirtli içki qəbul edərək, əylənənlərin söyüşləri, səs-küyü ətrafda yaşayanları narahat edirmiş.

Sözügedən məkanın adminstrasiyası ilə əlaqə saxlamaq mümkün olmayıb. (vesti)

Mediainfo.az