Sabirabadda ölümlə nəticələnən avtomobil qəzası baş verdi

Sabirabadda ölümlə nəticələnən avtomobil qəzası baş verdi

10 Aprel 2017 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün gecə saatlarında Sabirabadda ölümlə nəticələnən tol nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində "KAMAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilin toqquşması haqda məlumat daxil olub. Məlumatda bildirilib ki, qəza nəticəsində ölən var. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1980-ci il təvəllüdlü Musayev Rəşad Arif oğlunun cəsədini çıxarıb aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 02:03-də başa çatıb.

Mediainfo.az