Hindistanda mitinqlər davam edir

Hindistanda mitinqlər davam edir

19 Aprel 2011 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanda da nümayişlər keçirilib. Hindistanın qərbindəki Maharaştra vilayətinin Jitapur şəhərində polislər mitinq keçirən insanlara atəş açıb.

Fransanın Areva şirkətinin Hindistanda atom elektrik stansiyası tikməsinin əleyhinə baş verən mitinqlərdə polisin atəş açması 1 nəfərin həyatına son qoyub.

Polis rəisi Qlabro Pol isə hadisələrlə bağlı rəsmi açıqlama verib. O, Polislər gözyaşardıcı bomba, plastik mərmi istifadə etsələr də, hadisələrin qarşısını ala bilməyiblər. Nəticədə atəş açmaq məcburiyyətində qalıblar", - deyib.

Bir nəfər minlərlə adamın həyatını xilas etmək üçün öldü. Buna baxmayaraq, canlı bomba sayılan AES inşa olunacaq.

Elvin Babayev

O.M.