Başına reklam lövhəsi düşən ərəb turistin vəziyyəti ağırdır

Başına reklam lövhəsi düşən ərəb turistin vəziyyəti ağırdır

6 Fevral 2018 09:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda müşahidə edilən güclü külək 1 nəfərin xəsarət almasına səbəb olub.

Mediainfo.az "Report"-a istinadən xəbər verir ki, Küveytdən olan 1990-ci il təvəllüdlü turist Fəhad Saəd Abdullah Nizami küçəsi ilə gəzişərkən əsən güclü külək nəticəsində başına reklam löhvəsi düşüb.

Nəticədə o, qapalı kəllə-beyin travması alıb. Yaralı "təcili yardım" maşını vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.