Saxara səhrasına yenə qar yağdı

Saxara səhrasına yenə qar yağdı

7 Fevral 2018 09:23
Bəyəndim (0) Bəyənmədim (0)

Əlcəzairin şimal-qərbində, Saxara səhrasında yerləşən Ayn-Səfra şəhərinə bu il ikinci dəfə qar yağıb. APA-nın "Daily Mail" nəşrinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl səhranın bu hissəsinə qar bu ilin yanvarında yağmışdı.

Daha əvvəl isə Ayn-Səfra sakinləri qarı 1979-cu ilin fevralın 18-də müşahidə ediblər. Səhranın bu hissəsində havanın temperaturu ilin bu vaxtında adətən 6-12 dərəcə təşkil edir.