Sabah Bakıda çiskinli hava, rayonlarda yağış və qar gözlənilir

Sabah Bakıda çiskinli hava, rayonlarda yağış və qar gözlənilir

21 Fevral 2018 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah respublikamızın rayonlarında qeyri-sabit hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mediainfo.az-a verilən məlumata görə, fevralın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir çiskinli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9, Bakıda 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 22-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.