Hollandiyada 13 nəfər  yanğında xəsarət alıb

Hollandiyada 13 nəfər yanğında xəsarət alıb

21 Fevral 2018 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Hollandiyanın Rotterdam şəhərindəki Gənclər Mərkəzinin binasında baş verən yanğında 13 nəfər xəsarət alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 11 nəfər xəstəxanaya tüstüdən zəhərlənmə ilə çatdırılıb.

Yanğının beşmərtəbəli binanın üçüncü mərtəbəsində olan şkafda başladığı və birinci mərtəbəyə qədər yayıldığı bildirilir.

Yanğınsöndürənlər yanğının qarşısını qısa zamanda alsa da, binanı tüstü bürüyüb. Polis yanğının başvermə səbəblərini aydınlaşdırır.

Məlumata görə, binada psixoloji problemləri olan insanların yaşadığı Gənclik Mərkəzi yerləşir.