Göyçayda gənc qızının ölümünə dözməyən ana intihar etdi

Göyçayda gənc qızının ölümünə dözməyən ana intihar etdi

3 Aprel 2018 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayon sakini intihar edib.

Göyçay şəhərinin Natəvan küçəsindəki rayon sakini, 1991-ci il təvəllüdlü Qumral İbrahimova xərçəng xəstəliyindən vəfat edib. Qızının ölümünə dözməyən anası 1968-ci il təvəllüdlü Sıracova İlhamə Nadir qızı sirkə turşusu içərək özünə qəsd edib. Ailə üzvləri tərəfindən Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.