Samux və Goranboyda ot tayaları yanıb

Samux və Goranboyda ot tayaları yanıb

7 Yanvar 2019 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Samux rayonunun Lək kəndində ümumi sahəsi 102 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış 40 ton ot bağlamasının 28 tonu yanmışdır.

Mediainfo.az-a FHN-dan verilən xəbərə görə, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Goranboy rayonunun Rus Borisi kəndində həyətyanı sahəyə yığılmış 16 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;


Saatlı rayonunun Yeni Novruzlu kəndində ümumi sahəsi 192 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın qamışdan ibarət tavanı 20 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.​