İstanbulda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb
Türkiyənin İstanbul şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda keçirilən mətbuat konfransında bildirib.
O, qeyd edib ki, hadisə zamanı həmçinin daha 14 nəfər yaralanıb. Onlardan 7-i reanimasiyadadır.
Nazirin sözlərinə görə, hadisə zamanı binada 35 sakin olub.
Daha əvvəl bildirilib ki, İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Report
Digər xəbərlər