Azərbaycanda dəhşətli qəza: 3 ölü, 12 yaralı

Azərbaycanda dəhşətli qəza: 3 ölü, 12 yaralı

18 İyun 2019 09:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Ələt yolunda "Prado", VAZ-2107 və "Ford" markalı mikroavtobusun toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Axar.az xəbər verir ki, işçiləri daşıyan "Ford" markalı mikroavtobus dəmir maneələrə dəyərək qəza törədib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Məlumata görə, ölən bvə yaralanan şəxslər əsasən, Banqladeş vətəndaşları olub. Onlar Bakı Gəmiqayırma Zavodunun subkontraktor işçiləridir.