Metroda yenə qatar nasazlığı sərnişinlərə həyəcanlı anlar yaşatdı
Bu gün səhər saatlarında Bakı metrosunda yenidən sərnişinlər həyəcanlı anlar yaşamalı olublar.
Mediainfo.az-ın verdiyi xəbərə görə buna səbəb "Həzi Aslanov" - "İçərişəhər" xətti üzrə hərəkət edən qatar "Xalqlar dostluğu" stansiyasında dayanarkən texniki nasazlıq yaranması olub. Nəticədə qatarların hərəkətində 15 dəqiqə gecikmə qeydə alınıb. Nasazlığın qarşısını almaq üçün təcili şəkildə xəttə əlavə qatar buraxılıb. Sərnişinlərdən birinin Mediainfo.az-a verdiyi xəbərə görə, vəziyyət hələ də tam normallaşmayıb və qatarlar 10-12 dəqiqəlik intervalla hərəkət edirlər.
Digər xəbərlər












































































.jpg)
.jpg)
.jpg)














