Zaqatalada ağır avtoqəza olub: Ölənlər var

Zaqatalada ağır avtoqəza olub: Ölənlər var

22 İyun 2019 08:43
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatalada baş vermiş ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.

Hadisə bu gün səhər saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissədə qeydə alınıb.

Balakən rayonunun Katex kənd sakini, 1959-cu il təvəllüdlü Şamsuda Carullah oğlu Osmanovun idarə etdiyi "Shacman" markalı 90-ST-247 dövlət nömrə nişanlı yük maşını ilə "VAZ 2109" markalı 62-BK-865 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilində olan Zaqatala şəhər sakini, 1987-ci il təvəllüdlü Çingiz Hacıbəy oğlu Sulxayev və şəxsiyyəti hələlik dəqiqləşdirilməyən daha bir nəfər aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.APA