ABŞ hərbi dəniz gəmisində yanğın
San Dieqo hərbi bazasında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidə baş vermiş yanğın nəticəsində ən azı 21 nəfər xəsarət alıb.
Oxuməni.az Euronews-a istinadən xəbər verir ki, onların arasında 17 dənizçi və dörd nəfər mülki şəxs var. Yaralılar xəstəxanaya aparılıb və onların həyatı üçün heç bir təhlükə yoxdur. Yanğın zamanı "Bonhomme Richard" desant-hücum gəmisinin göyərtəsində 200-ə yaxın insan var idi.
Oxuməni.az
Digər xəbərlər