Bakı və Sumqayıtın XI sinfində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçiriləcək

Bakı və Sumqayıtın XI sinfində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçiriləcək

22 May 2017 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 23-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Sumqayıt şəhərlərində yerləşən, reprezentativ seçmə əsasında müəyyən olunan 206 məktəbdə 11-ci sinifdə təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanları keçirəcək.

DİM-dən verilən xəbərə görə, monitorinq imtahanlarında 12522 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00 da başlanacaq.

Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.

Mediainfo.az