Əbülfəs Qarayev Xaçmazda vətəndaşları qəbul edəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmazda vətəndaşları qəbul edəcək. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mayın 30-da keçiləcək qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.
Mediainfo.az
Digər xəbərlər