Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı sakini xəstəxanada vəfat etdi

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı sakini xəstəxanada vəfat etdi

9 İyul 2012 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, iyulun 7-də saat 20.30 radələrində Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Elşad Şıxəliyev vurulmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Şıxəliyev iyulun 9-da orada ölmüşdür.

Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

O.M.